"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Hazırda oxunan: "Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

639596

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında fiziki və psixoloji problemlər olub.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a bölgə təmsilçisinin yeni baş məşqçisi Röyal Nəcəfov açıqlama verib.

Mütəxəssis komandadakı çatışmazlıqlara toxunub:

"Heyətdə mövqelər baxımından futbolçu keyfiyyəti yaxşıdır. Amma biz gələndə komandada fiziki və psixoloji problemlər var idi. Bunları zamanla həll etməyə çalışırıq. Bir az da say baxımından az futbolçumuz var. Heyətə yeni futbolçular qatmaq istəyirik. Bunları gerçəkləşdirəndən sonra hədəfə çata bilərik".

R.Nəcəfov klubla danışıqlar barədə də danışıb:

"Danışıqlar bir az vaxt apardı. Amma sonra ortaq məxrəcə gələ bildik. Bu mövsüm üçün ilk növbədə komandanı I Liqada saxlamaq, əzmkar, mübariz kollektiv formalaşdırmaq istəyirik. Bacardığımız qədər yuxarı pillələrə qalxmaq da məqsədimizdir. Növbəti illərdə hədəf daha böyük olacaq. Hər kəsin hədəfi ən yüksək olur. Məndə də elədir. Azla kifayətlənmək istəmirik. Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, "Xankəndi" Röyal Nəcəfovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin