Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

639601

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə - 4 nəfər qayıdıb. 

Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin