Fransanın belini yerə vurduq - FOTO

Hazırda oxunan: Fransanın belini yerə vurduq - FOTO

63876
Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçirilib. 

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə daxil olan məlumata görə, hər üç növdə güləşçilərin iştirak etdiyi Dostluq görüşü Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutub. 

Gərgin və maraqlı mübarizə şəraitində keçən Dostluq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb. 

Sərbəst və qadın güləşçilərin mübarizəsində bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib. 

Yunan-Roma güləşçilərinin mübarizəsi daha gərgin keçib. İlk mübarizəyə qoşulan Rövşən Bayramov hesabda 4:0 öndə olsa da zədələnərək görüşü davam etdirə bilməyib. Ardınca Həsən Əliyev görüşü qələbə ilə başa vurub. 85 kq çəki dərəcəsində gənc güləşçimiz İslam Abbasov isə, son dünya çempionu ilə görüşdə əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib. 

































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin