Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Hazırda oxunan: Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

624983

Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares bildirib ki, Argentina yığmasının futbolçuları 2026-cı il dünya çempionatında qələbə qazanmağı komandanın kapitanı Lionel Messi üçün çox istəyirlər.

Bizim.Media xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, Alvares komandanın hədəfləri haqqında danışarkən bunları deyib:

"Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik. Onun üçün hər matç əsl döyüşdür".
 

Xatırladaq ki, 2026-cı il dünya çempionatında Argentina artıq yarımfinal mərhələsinə yüksəlib. Dörddəbir finalda İsveçrə ilə qarşılaşan Argentina əlavə vaxtda 3:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.


İndi argentinalıları yarımfinalda çətin sınaq gözləyir — onlar iyulun 15-də İngiltərə yığması ilə üz-üzə gələcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin