Rüstəm Orucov və Kəramət Hüseynovun dünya çempionatından kənarda qalmalarının səbəbi bilinib

Hazırda oxunan: Rüstəm Orucov və Kəramət Hüseynovun dünya çempionatından kənarda qalmalarının səbəbi bilinib

624630

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Rüstəm Orucov (81 kq) və Kəramət Hüseynovun (60 kq) Qətərdə keçiriləcək dünya çempionatına yollanacaq heyətə salınmamalarının səbəbi müəyyənləşib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Vurğulanıb ki, heyət seçimi hər bir çəki dərəcəsi üzrə namizədlərin il ərzində müxtəlif yarışlarda göstərdikləri nəticələrə əsasən aparılır. Rüstəm Orucov və Kəramət Hüseynov öz çəkilərindəki rəqabətdə digər idmançılara nisbətən zəif nəticə göstərdiklərdən, məşqçilər heyəti tərəfindən mundiala aparılmamaları qərara alınıb.

Qeyd edək ki, 7-14 may tarixlərində Dohada keçiriləcək dünya çempionatında Azərbaycan millisi 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin