“Qarabağ”ın futbolçusu Xorvatiya klubuna keçə bilər

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu Xorvatiya klubuna keçə bilər

621711
Luka Quqeşaşvili mövsümün sonunda “Qarabağ”dan ayrıla bilər.
 
Xorvatiyanın “Riyeka” klubu gürcü qapıçının xidmətində maraqlıdır. “Transfermarkt”a görə, keçidin reallaşma ehtimalı yüksəkdir.
 
Quqeşaşvilinin Xorvatiya klubuna birdəfəlik transfer olunacağı, yoxsa icarəyə veriləcəyi bəlli deyil.
 
Oxu.Az saytının əldə etdiyi məlumata görə, Lukanın yayda icarəyə göndərilməsi planlaşdırılır. 
 
Qeyd edək ki, “Qarabağ” Quqeşaşvili 2022-ci ilin yanvarında Polşa “Yaqelloniya”sından icarəyə götürüb, həmin ilin iyulunda isə birdəfəlik transfer edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin