2026-cı il FIFA Dünya Kubokunun H qrupunun açılış matçında turnirin mütləq favoritlərindən sayılan İspaniya millisinə qarşı möhtəşəm oyun nümayiş etdirən Kabo-Verde yığmasının qapıçısı Vozinya (Vozinha) gecənin qəhrəmanına çevrilib.
Bizim.Media xəbər verir ki, rəqibə qol şansı tanımayan 40 yaşlı təcrübəli qolkiperin sosial media hesabındakı izləyici sayı oyundan sonra 2,1 milyondan çox artıb.
Məlumata görə, Dünya çempionatında ilk dəfə təmsil olunan Yaşıl Burun Adaları turnirin nəhənglərindən olan İspaniya ilə qolsuz bərabərliyə nail olaraq (0:0) böyük bir sensasiyaya imza atıb. Bu tarixi qarşılaşmanın ən parlaq siması isə adından söz etdirən qapıçı Vozinya olub.
Oyun boyu 7 kritik qurtarışla yadda qalan qapıçı, bu qəhrəmancasına performansı ilə "Matçın Adamı" mükafatına layiq görülüb və ölkəsinə ilk xalı qazandırıb.
Vozinyanın meydandakı bu böyük uğuru qısa müddətdə sosial mediada da misilsiz bir populyarlıq gətirib. Oyundan əvvəl cəmi 100 min civarında izləyici kütləsi olan 40 yaşlı qapıçı, nümayiş etdirdiyi oyundan sonra qlobal miqyasda viral olub. Matçın başa çatması ilə birlikdə idmansevərlərin axınına uğrayan Vozinyanın şəxsi hesabı qısa müddətdə 2 milyondan çox yeni izləyici toplayıb.
Matç bitdikdən sonra o, verdiyi təsirli açıqlama ilə də diqqət çəkib:
“Oyun bitdi və mən ağladım. Çünki məni nənəm və babam böyütdü. Onlar bir neçə il öncə vəfat etdilər və bu günü görmədilə. Anam da viza ala bilmədiyi üçün ABŞ-yə gələ bilmədi. Çünki viza üçün ödənişi vaxtında edə bilmədik”.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:57 / 16.06.2026
Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı- Video
Hazırda oxunan: Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı- Video
Hazırda oxunan: Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı- Video
619530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































