“Sabah” daha bir legioneri göndərdi

Hazırda oxunan: “Sabah” daha bir legioneri göndərdi

616339

"Sabah" futbolçusu Cesse Sekidika ilə əməkdaşlığa son qoyub.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı hücumçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
 

Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, "bayquşlar"ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.


Sekidika "Sabah"da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin