Azərbaycanlı futbolçunun transfer qiyməti məlum oldu

Hazırda oxunan: Azərbaycanlı futbolçunun transfer qiyməti məlum oldu

616115

Azərbaycan milli komandasının və Niderlandın “Volendam” klubunun yarımmüdafiəçisi Ozancan Kökçünün transfer dəyəri azalıb.

Bizim.Media xəbər verir ki, Almaniyanın "Transfermarkt" portalının son yeniləməsinə görə, 27 yaşlı futbolçunun qiyməti 450.000 avrodan 375.000 avroya (təxminən 740.000 manat) düşüb.
 

Kökçünün “Volendam”la müqavilə müddəti qarşıdakı ayın sonunda başa çatır. Klub onunla müqavilə müddətini bir illik artırmaq haqqına sahibdir. O, karyerası ərzində “Bursaspor”, “Roda”, “Giresunspor”, “Sabah”, “Telstar”, “Eyndhoven”, “Helsinki” klublarında oynayıb.


Qeyd edək ki, "Volendam" yeni mövsümdən aşağı liqada mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin