Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı - FOTO

Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı - FOTO

612341

Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb. Son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Bizim.Media xəbər verir ki, Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar.
 

Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) isə bürünc medal əldə etmişdilər.


Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin