Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Hazırda oxunan: Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

610969

Mayın 3-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə Serbiyanın idman naziri Zoran Qayiç arasında ikitərəfli görüş keçirilib.

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş Bakı-Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı reallaşıb.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin