Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Hazırda oxunan: Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

610816

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda, Dənizkənarı Bulvar ərazisində keçirilən yelkən idmanı üzrə "Prezident Kuboku 2026" turnirinin ilk günü başa çatıb.

Bizim.Media federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada idmançılar iki kateqoriya - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar.

"Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında yarışacaqlar.

Qaliblər iki günün nəticəsinə əsasən müəyyənləşəcək.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin