“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

Hazırda oxunan: “Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

610558

“Sabah” Azərbaycan Premyer Liqası 2025-2026 mövsümünün çempionu olub.

Bizim.Media xəbər verir ki, paytaxt klubu ölkəmizi növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək. “Bayquşlar” turnirə I təsnifat mərhələsindən başlayacaq.

“Sabah” püşkatmada səpələnməmişlər sırasında yer alır. Artıq komandanın potensial rəqiblərindən bir neçəsi bəllidir.
 

Bunlar “Şemrok Rovers” (İrlandiya), “Kuopio” (Finlandiya), “Linkoln” (Cəbəllütariq), “Borats” (Bosniya və Herseqovina), “Drita” (Kosovo), “Reykyavik” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatea Krayova” (Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Latviya), “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova) və “Nyu Sents”dir (Uels).


Xatırladaq ki, adları qara rəngli hərflərlə göstərilmiş komandalar hələlik Çempionlar Liqasına vəsiqəni təmin etməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin