Avroliqada ilin məşqçisi açıqlandı

Hazırda oxunan: Avroliqada ilin məşqçisi açıqlandı

608515

“Valensiya” komandasının baş məşqçisi Pedro Martines basketbol üzrə Avroliqada “ən yaxşı” seçilib.

Bizim.Media xəbər verir ki, o, mövsümün ən yaxşı məşqçisinə verilən Aleksandr Qomelski mükafatını qazanıb. 
 

İspan məşqçinin rəhbərliyi altında “Valensiya” Avroliqada ilk mövsümündə 25 qələbə qazanıb və müntəzəm çempionatda ikinci yeri tutub. Pley-off mərhələsində komanda “Panatinaikos” və “Monako” arasında keçirilən pley-in cütlüyünün qalibi ilə qarşılaşacaq. 


Martines tarixdə həm Avroliqada, həm də avrokubokda ən yaxşı məşqçi mükafatını qazanan ilk məşqçi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin