“Sabah”ın hücumçusu “Qarabağ”la oyunu buraxa bilər

Hazırda oxunan: “Sabah”ın hücumçusu “Qarabağ”la oyunu buraxa bilər

608511

Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”la(0:1) matçda zədələnən "Sabah“ın hücumçusu Coy-Lens Mikkels sabah ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşünü buraxa bilər. 

Bizim.Media xəbər verir ki, almaniyalı futbolçunun “Qarabağ”a qarşı matçda meydana çıxması sual altındadır. 

Zədənin dərəcəsi nəzərə alınmaqla, Mikkelsin oynamayacağı ehtimal olunur. 

Xatırladaq ki, “Sabah”ın futbolçusunun “Qarabağ”la görüşdə Mateus Silvanın dirsək zərbəsindən sonra üz sümüyünün sındığı qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin