"Bolonya"nın futbolçusu Conatan Rou Türkiyə Super Liqasında çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, "Qalatasaray" ingiltərəli vingeri transfer etmək istəyir.
Bu barədə "Transferfeed" məlumat yayıb. İstanbul nəhənginin baş məşqçisi Okan Buruk rəhbərlikdən Rounun transferini istəyib. "Sarı-qırmızılar" 22 yaşlı oyunçu üçün yaxın vaxtlarda İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Bolonya" Conatan Rounu mövsümün əvvəlində "Marsel"dən transfer edib.
İngiltərə U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media



































































































