“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda “Şəki”ni məğlub etməklə nail olub.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb.
İlk görüşdə “Abşeron Lions” üstün olub - 109:78. Günün ikinci matçında “Sabah” “Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq.
Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.
“Sabah” birinci dueldən qalib ayrılıb - 106:74.
Qeyd edək ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun - 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:12 / 17.04.2026
“Abşeron Lions” yarımfinalda!
Hazırda oxunan: “Abşeron Lions” yarımfinalda!
Hazırda oxunan: “Abşeron Lions” yarımfinalda!
607774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































