Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu matçlardan sonra yarımfinalçılar bəlli olacaq.
Donetsk "Şaxtyor"u Niderlandda "AZ Alkmaar"ın qonağı olacaq. Arda Turanın çalışdırdığı Ukrayna klubu ilk görüşdə 3 cavabsız qolla qalib gəlib.
"Fiorentina" evdə "Kristal Pelas"ı, AEK "Rayo Valyekano"nu sınağa çəkəcək. "Maynts" isə Fransada "Strasburq"la üz-üzə gələcək.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
20:45. "AZ Alkmaar" (Niderland) – "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun 0:3
23:00. "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə)
İlk oyun – 0:3
23:00. AEK (Afina, Yunanıstan) – "Rayo Valyekano" (İspaniya)
İlk oyun – 0:3
23:00. "Strasburq" (Fransa) – "Maynts" (Almaniya)
İlk oyun – 0:2.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:49 / 16.04.2026
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir
Hazırda oxunan: Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir
Hazırda oxunan: Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir
607451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































