Vasif Talıbov məğlubiyyətə görə futbol klubunu bağladı?

Hazırda oxunan: Vasif Talıbov məğlubiyyətə görə futbol klubunu bağladı?

60307
Bu gün səhər saatlarında fəaliyyətini dayandıran Premyer Liqa klubu "Araz-Naxçıvan"ın ölkə futbolunda şok effekti yaradan addımının səbəbi məlum olub. 

Komandanın dağılamasının əsəs səbəkarı Hakimlər Komitəsidir. 

Məlumatda bildirilir ki, cari mövsüm başlayandan bəri hakimlərin qərəzli idarəçiliyinin qurbanı olan klubun səbr kasası dolub və rəhbərlik səviyyəsində məsləhətləşmələrdən sonra belə qərar qəbul olunub. 

Mənbə onu da bildirir ki, "Araz-Naxçıvan"ın Premyer Liqadakı oyunlarını izləyən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov kluba qarşı hakimlərin haqsız mövqeyinin şahidi olsa da, müəyyən müəddət ərzində gözləməyi lazım bilib.

Lakin son turda "Qarabağ"la matçda rəqib komandanın vurduğu dördüncü qolda yan hakimin kobud səhvindən əsəbləşən Vasif Talıbov komandanın fəaliyyətinin dayandırması göstərişini verib. 

Qeyd edək ki, "Araz-Naxçıvan" klubunun məqsədi yalnız yerli futbolçulardan ibarət komanda yaratmaq idi və heyətdə yalnız azərbaycanlı futbolçular təmsil olunurdu.

Qeyd edək ki, dünən keçirilmiş matçda "Qarabağ" "Araz-Naxçıvan"a 4:0 hesabı ilə qalib gəlib. (arqument.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin