“İnter”də çevriliş - Cahangir Hacıyev yerliləri qovdu.

Hazırda oxunan: “İnter”də çevriliş - Cahangir Hacıyev yerliləri qovdu.

58743

“İnter”də kadr dəyişikliyi baş verib. Əslində bunu kadr dəyişikliyi yox, inqilab da adlandırmaq olar. Əcnəbilər komandadakı yerliləri devirib.

 

Moderator.az xəbər verir ki, “İnter”in direktoru Natiq Məmmədov, menecer Sərxan Həsənov və Fərəc Əliyev işdən uzaqlaşdırılıb. Onların yerinə əcnəbilərin gətiriləcəyi bildirilir.

 

“İnter”də dəyişiklik olacağı gözlənilirdi. Komandanın baş məşqçisi Kaxaber Tsxadadze ilə direktor Natiq Məmmədovun münasibətləri həmişə gərgin olub. Tsxadadze 2 dəfə klubdan getmək istədiyini bildirib. Ancaq onu inadından “İnter”in bolqar prezidenti Georgi Nikolov daşındırıb.

 

Gürcü mütəxəssis sonuncu dəfə “küsəndə” “ya mən, ya da Məmmədov” tələbini irəli sürmüşdü. Həmin vaxt Nikolov onu inandırmışdı ki, klubun sahibi Cahangir Hacıyevlə danışıb məsələni həll edəcək. Nikolov Beynəlxalq Bankın prezidenti ilə danışıb və Hacıyev də azərbaycanlıları əcnəbilərə qurban verib.(publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin