Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarladı

Hazırda oxunan: Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarladı

582812
İspaniyalı tennisçi, Böyük Dəbilqə turnirlərinin 22 qat qalibi, dünyanın ikinci raketkası Rafael Nadal 20 il sonra öz antirekordunu təkrarlayıb.
 
Əfsanəvi idmançı bu gün Avstraliyada baş tutan “United Cup” komanda turnirində yerli tennisçi Aleks de Minora uduzub (6:3, 1:6, 5:7).
 
Bu məğlubiyyət Nadal üçün son yeddi matçda altıncı belə uğursuzluq olub. İspaniyalı antirekorda gedən seriyada De Minorla yanaşı, Fransis Tiafo, Tommi Paul, Teylor Fritz, Feliks Auger-Aliassime və Kemeron Norriye ilə bacarmayıb.
 
Qeyd edək ki, Nadal sonuncu dəfə təxminən 20 il əvvəl - 2003-2004-cü illərdə keçirdiyi 7 matçda Rodolfo Kadarı məğlub edərək Yunes El Aynaoui, Riçard Qaske, Dominik Hrbati, Aleks Korretca, Felisiano Lopez və Tyerri Asyona uduzub. /report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin