Ronaldunun transferi üçün şok məbləğ

Hazırda oxunan: Ronaldunun transferi üçün şok məbləğ

57810
Madridin “Real” komandasının portuqaliyalı futbolçusu Kriştianu Ronaldunu almaq istəyən klub bir milyard avro ödəməlidir.

ANS PRESS-in məlumatına görə, futbolçunun agenti Xorxe Mendeş portuqaliyalı futbolçunun dəbbə məbləğinin bir milyard avro olduğunu bildirib.

“O, tarixdə ən yaxşı futbolçu olmaqla yanaşı, həm də bütün dövrlərin ən böyük idmançısıdır. O, rəqabətin daha yüksək olduğu bu ən populyar idman növündə ən yaxşı oyunçudur. Buna görə də dünyada ən yaxşı futbolçudur. Onun kontraktında dəbbə məbləği bir milyard avroya bərabərdir”, - deyə Mendeş bildirib.

Agent həmçinin futbolçunun zədələnməyəcəyi təqdirdə mövsüm ərzində 60 top vura biləcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin