AFFA "Qarabağ" azarkeşlərinə bilet paylayır

Hazırda oxunan: AFFA "Qarabağ" azarkeşlərinə bilet paylayır

51272
Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da Zalsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün AFFA tərəfindən 500 ədəd bilet alınıb. 

Biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.

Qeyd edək ki, ilk oyunda təmsilçimiz "Qarabağ" rəqibini 2-1 hesabı ilə məğlub edib.


ANS PRESS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin