68 yaşlı aktrisa yenidən podiuma çıxdı - Çoxları tanımadı – FOTO

Hazırda oxunan: 68 yaşlı aktrisa yenidən podiuma çıxdı - Çoxları tanımadı – FOTO

622605

Dünya şöhrətli aktrisa Şeron Stoun Paris Modalar Həftəsində gözlənilməz obrazı ilə diqqət mərkəzinə düşüb. 68 yaşlı ulduzun yeni tərzi pərəstişkarları tərəfindən çətinliklə tanınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Hollivud ulduzu son 33 ildə ilk dəfə olaraq yenidən podiuma çıxıb. O, "Vetements" brendinin 2027-ci il yaz-yay kişi kolleksiyasının nümayişində iştirak edib.

Stoun gözlərini ön plana çıxaran parlaq makiyajı, hamar "bob" kəsimli saç düzümü və effektli geyimi ilə dramatik obraz yaradıb.

Aktrisanın mavi gözlərini vurğulayan bənövşəyi-çəhrayı göz kölgələri və tünd rəngli dodaq boyası onun xarici görünüşünə daha ciddi və cəlbedici bir hava qatıb. O, podiuma dəniz rəngli iri ölçülü ağ bleyzerdə (pencək) çıxıb. Nəşrin fikrincə, bu geyim aktrisanın məşhur "Əsas instinkt" (Basic Instinct) trillerindəki kult obrazını xatırladıb.
 

Aktrisanın Modalar Həftəsindəki bu tərzi onun son vaxtlar mətbuatda gəzən plastik əməliyyat şayiələrini yenidən alovlandırıb. Bir neçə həftə əvvəl Los-Ancelesdəki tədbirlərdən birində olduqca gənc görünüşü ilə diqqət çəkən Stoun, əvvəllər heç vaxt plastik əməliyyat etdirmədiyini desə də, şayiələrin qarşısını ala bilməyib.


Hələ 2013-cü ildə "NEW YOU" jurnalına verdiyi müsahibədə aktrisa bu mövzuya toxunaraq bildirmişdi: "Mənə üzgərmə (facelift) əməliyyatı satmağa çalışan həkimlərin sayını itirmişəm".

Yaşlanma prosesinə baxışını bölüşən Şeron Stoun estetik müdaxilələrə tamamilə fərqli yanaşdığını qeyd edib:

"Bəli, bu barədə düşünmüşəm. Amma dürüst olsam, gözəl qocalmaq üçün kiçik qüsurların daha seksual göründüyünü hesab edirəm. Bunun xüsusi bir cazibəsi var. İnsanlar dəyişməkdən qorxurlar, çünki nəyisə itirdiklərini düşünürlər. Lakin onlar başa düşmürlər ki, bununla yanaşı həm də yeni nəsə qazanırlar".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin