Moderator.az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub.
Azərbaycanlı azarkeşlərin ən maraqla gözlədiyi oyun İtaliyada keçirilib. Burada "Yuventus" Türkiyənin "Qalatasaray" klubunu qəbul edib. Bir maraqlı məqamı qeyd edək ki, "Qalatasaray"ın italiyalı yeni baş məşqçisi Roberto Mançini komandası ilə ilk oyununu məhz İtaliya klubuna qarşı keçirib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.
B qrupunun digər oyununda "Real" (Madrid) "Kopenhagen"i qəbul edib. Madrid klubu bu oyunda rəqibinə heç bir şans verməyib - 4:0. D qrupunda baş tutan "Mançester Siti" - "Bavariya" görüşünə də maraq az deyildi. Turnirin son qalibi səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edib.



































































































