Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB

247795
xa0Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.

Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.

***21:25

Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirir.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edir və oyunda artıq hesab açılıb.

Matçda hələ ki, yeganə qolu millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin