Komanda üzvlərinin hamısında dopinq aşkarlandı - Şarapovadan sonra

Hazırda oxunan: Komanda üzvlərinin hamısında dopinq aşkarlandı - Şarapovadan sonra

131062
Məşhur tennisçi Mariya Şarapovanın dopinq etirafından sonra Rusiya idmanında daha bir qalmaqal baş verib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanı Dünya Çempionatında təmsil etməyə hazırlaşan Milli Hokkey komandasının 18 yaşdan aşağı üzvlərinin hamısında dopinq aşkarlanıb.

Ən azı 15 hokkeyçidə aparılan dopinq testlərinin nəticəsi müsbət çıxdıqdan sonra 30 nəfərdən ibarət komandanın heyəti dəyişdirilib.

Aprelin 14-də keçiriləcək oyunda Rusiya Amerikaya qarşı 17 yaşdan aşağı idmançılarla mübarizə aparacaq.

Xatırladaq ki, Mariya Şarapovnın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb. O, bu barədə martın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”x9d, - deyə o əlavə edib.

Artıq 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike”x9d idman malları, “Porsche”x9d avtomobil və İsveçrənin “TAG Heuer”x9d saat istehsalçılarıdır.

O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin