Qırmızı körpüdə avtobus partladı - FOTO/VİDEO

Hazırda oxunan: Qırmızı körpüdə avtobus partladı - FOTO/VİDEO

67218
Azərbaycan-Gürcustan sərhədində güclü yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın "Qırmızı körpü"nün yaxınlığında baş verib.

Belə ki, “Ford”x9d markalı mikroavtobus qəfildən yanmağa başlayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, maşının alışdığını görən şərnişinlər vaxtında salonu tərk ediblər.

Bu səbəbdən güclu yanğın olmasına rəğmən heç kim xəsarət almayıb. Yanan avtomobil partlayıb və tamamilə yararsız hala düşüb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırmalara başlanıb

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğını 10 dəqiqə sonra söndürmək mümkün olub.xa0





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin