Lənkəranda yol qəzasında piyada ağır xəsarət alıb

Hazırda oxunan: Lənkəranda yol qəzasında piyada ağır xəsarət alıb

618868

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin