Zaqatalada yağ sexində yanğın olub

Hazırda oxunan: Zaqatalada yağ sexində yanğın olub

607037

Zaqatalada yağ sexində yanğın olub.

Yanğın hadisəsi bu gün axşam saat 17:27-də rayonun Aşağı Tala kənd inzibati ərazisində rayon sakini Bayram Məmməd oğlu Vanasiyevə məxsus, ümumi sahəsi 150 kv/m olan yağ yexində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və sexin içərisində olan 2 ədəd aparatı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin