Özünü 8-ci mərtəbədən atdı

Hazırda oxunan: Özünü 8-ci mərtəbədən atdı

59159
Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda dəhşətli anlar yaşanıb. Suraxanı rayon Prokurorluğunun müstəntiqi Kamran Sadıqovun verdiyi məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində, D yaşayış massivində qeydə alınıb.

Dünən axşam saat 20:30-da qeyd edilən ünvanda yaşayan 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib.

“Qeyd edilən ünvanda yaşayan ailə çox mədənidir. Qadın şəkər xəstəsi olub. Ayağında çürümə prosesi gedirmiş. Ayaq barmaqlarından biri kəsilib, amma yenə qaralma davam edirdi. Yoldaşı Məmməd Abdulrəhmanovun özü də xərçəng xəstəsidir. Qadının bədənində də şiddətli ağrılar olub”, - deyə Kamran Sadıqov bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin