Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Hazırda oxunan: Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

623820

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukraynaya silah tədarükünü davam etdirməsinin iki əsas səbəbi olduğunu iddia edib.

Bizim.Media xəbər verir ki, Lavrov bu barədə yerli mediaya açıqlamasında bildirib.

Nazirin fikrincə, birinci səbəb "Zelenski rejimini sona qədər silahlandırmaq" və Rusiyanı zəiflətmək cəhdidir:

"Avropalı elita nümayəndələrinin və digər rəsmi strukturların ifadə etdiyi kimi, onlar istəyirlər ki, Ukrayna avropalıların əvəzinə “onların işini" görsün və Rusiyanı tükəndirsin".

İkinci səbəb kimi isə, Lavrov Avropa iqtisadiyyatının, o cümlədən Almaniya iqtisadiyyatının ağır vəziyyətini göstərib. Onun sözlərinə görə, mövcud vəziyyətdə başqa addımlar atmaq iqtisadi geriləməni və böhranı daha da qabarıq şəkildə ortaya çıxarır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin