Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

Hazırda oxunan: Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

623817

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda baş verən prosesləri və Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını dəyərləndirib.

Bizim.Media xəbər verir ki, dövlət televiziyası TRT-yə müsahibə verən N. Kurtulmuş iki ölkə arasında razılaşma prosesinin artıq müəyyən bir mərhələyə çatdığını vurğulayıb.

Parlament sədri Türkiyənin regiondakı konstruktiv roluna diqqət çəkərək, gələcək perspektivlər barədə bunları deyib:

"Qafqazda Azərbaycan və Ermənistan arasında razılaşma prosesi artıq müəyyən bir mərhələyə çatıb. İnşallah, arzu edirəm ki, burada Türkiyənin də iştirakı ilə Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz, vahid bir güc formalaşdırsın. Bütün bunlarda Türkiyənin konstruktiv baxışı mühüm töhfə verir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin