ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

Hazırda oxunan: ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

623809

NATO ölkələri ABŞ-ın "Abrams" tankları, "ATACMS" raketləri və "Stinger" daşınan zenit-raket kompleksləri daxil olmaqla, bir sıra strateji silah sistemlərini birbaşa Avropada istehsal etməyə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte alyansın sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.

Rütte qeyd edib ki, aparıcı ABŞ hərbi şirkətləri ilə Avropanın müdafiə sənayesi oyunçuları arasında yeni hərbi-sənaye təşəbbüsü imzalanıb:

"Bu təşəbbüs bizə "Abrams" tankları, "AMRAAM" və "ATACMS" raketləri, eləcə də "Stinger" kompleksləri kimi əsas Amerika silahlarını Avropada istehsal etməyə imkan verəcək. Biz həddindən artıq əlavə investisiya qoymadan, Atlantikanın hər iki tərəfində NATO-nun hərbi sənayesi üçün əlçatan olan bir zavodlar sistemi yaradacağıq".

Baş katib vurğulayıb ki, Ukraynaya edilən genişmiqyaslı hərbi yardımlar nəticəsində boşalan arsenallar təcili olaraq yenidən doldurulmalıdır. O, NATO-nun əsas məqsədinin blokun rəqiblərindən daha çox silah istehsal etmək olduğunu bildirib.

Rütte bu təşəbbüsün NATO-nun hərbi imkanlarını kəskin şəkildə artıracağını bəyan etsə də, layihənin icra müddəti barədə konkret tarix açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin