Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü - ANBAAN VİDEO

590143

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Bu barədə videonu Baku.ws saytı yayıb.

Məlumata görə, hadisə 18 iyul 2022-ci ildə qeydə alınıb.

Belə ki, İsmayıl Cəfərov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub.

Hadisədən sonra sürücü piyadanı xəstəxanaya aparsa da, həyatını xilas edə bilməyib.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçən prosesdə İsmayıl Cəfərova 5 il həbs istənilib.

Qeyd edək ki, İsmayıl Cəfərov hərbçidir və qardaşı Oruc Cəfərov Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin