Bakıda tədris kursunun binasındakı güclü yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Hazırda oxunan: Bakıda tədris kursunun binasındakı güclü yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

585855
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
 
Bununla bağlı FHN məlumat yayıb.
 
Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
 
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.
 
Əlavə məlumat veriləcək.
 
17:43
 
Bakıda tədris kursunun binası yanır.
 
Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
 
Məlumata görə, hadisə Məhəmməd Naxçıvani 1 ünvanında baş verib. Nəticədə tədris kursunun bir neçə otağı yanmağa başlayıb. 
 
Hazırda əraziyə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşınları cəlb edilib.
 
Görüntüləri təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin