Yataqxanada yanğın baş verib

Hazırda oxunan: Yataqxanada yanğın baş verib

34890

Bakının Nizami rayonu ərazisində güclü yanğın baş verib.

Moderator.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yataqxananın 5-ci mərtəbəsinin dəhlizində 150 p.m kabel, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan otağın yanar konstrusiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 50 nəfər sakin təxliyyə olunub. Yanğından yaxınlıqdakı otaqlar və digər kommunikasiya xətləri mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin