Moderator.az xəbər verir ki, Gəncə şəhərində hərbçinin meyiti tapılıb. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədovanın ANS PRES-ə verdiyi məlumta görə, Daxili Qoşunların əsgəri 1989-cu il təvəllüdlü Vüqar Süleyman oğlu Cəfərov Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə tapılıb.
Hadisənin intihar, yaxud qətl olması araşdırılır.Faktla bağlı cinayət işi başlanıb.
Gəncə şəhər Hərbi Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, müddətdən artıq xidmət çəkən həbrçidir. Müstəntiq hadisə yerindədir. Hərbçinin intihar etdiyi ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.