Şamaxıda minik və yük avtomobilləri toqquşub, ölənlər var

Hazırda oxunan: Şamaxıda minik və yük avtomobilləri toqquşub, ölənlər var

245979
Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Moderator.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən rayonun Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin