Həkimlər parçalanmış kəllə sümüyünü bərpa edib, xəstəni həyata qaytardı.xa0
xa0
Moderator.azxa0xarici mediaya istinadən bildirir ki,xa0Redditdə mütəxəssis həkimlər kəllə sümüyü demək olar ki, tamamilə parçalanmış adamı həyata qaytarmağı bacarıblar. xa0
2 il əvvəl baş verən avtomobil qəzasında təhlükəsizlik kəməri taxmayan qadın ağır yaralanır. Kəllə sümüyündə ciddi sınıqlar meydana gəlir, üst və alt çənəsi tamamilə dağılır. Bütün bunlara baxmayaraq hələ də sağ qalan qadının üzərində 8 saat cərrahiyyə əməliyyatı aparılır.xa0
Əməliyyatı həyata keçirən qrup gördükləri işlə nə qədər öyünsələr bir o qədər azdır. Çünki əməliyyatdan sonrakı görüntülərə baxanda kəlləni yenidən birləşdirmək üçün nə qədər çox iş görüldüyünü və əməliyyatın nə qədər çətin olduğunu asanlıqla anlamaq olur.
xa0

Görüntüləri paylaşan həkimin dediyinə görə, qəzaya düşən qadının vəziyyəti hazırda yaxşıdır və səhhəti getdikcə yaxşılaşır.xa0
Zəhra
xa0

































































































