“Onun elə bir yaşıdı ki, indi ağzı duayla açılmalıdı, amma...”x9d

Hazırda oxunan: “Onun elə bir yaşıdı ki, indi ağzı duayla açılmalıdı, amma...”x9d

134905
Bu günlərdə sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın  olduqca maraqlı bir videosu yayılıb. Video 1993-cü ildə çəkilib. Qeyd edək ki, Ərdoğan islamçı Rifah Partiyasının aparıcı üzvlərindən olub. O, Bursada öz tərəfdarları qarşısında çıxış edərkən Azərbaycana səfəri haqqında bilgi verib və bildirib ki, Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev həqiqi bir mücahiddir, ermənilər R.Qazıyevin başına 100 min dollar qoyublar. 

Musavat.com bu videonu yayımladıqdan sonra dövrün hadisələri ilə bağlı oxuculara qısa bir xatırlatma verib. Həmin xatırlatmada sabiq müdafiə naziri R.Qazıyevin şəxsiyyətinə, keçmişdəki fəaliyyətinə heç bir mənfi söz yazılmayıb. 

Sitat: “Xatırladaq ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevral ayına kimi Azərbaycanın müdafiə naziri olub. Ərdoğanın danışdığı hadisə isə 1992-ci ilin yanvar ayının 31-də Şuşa şəhərində olub. Onda R.Qazıyev nazir deyildi. Hadisə Şuşanın müdafiəsində iştirak etmək üçün Bakıdan gedən könüllülərin məskunlaşdığı məktəbdə olub. Həmin vaxtlar ildırım sürəti ilə xəbər yayıldı ki, guya ermənilər Rəhim Qazıyevi vurub. Bəzi məlumatlarda onun öldüyü, bəzi xəbərlərdə isə ağır yaralandığı deyilirdi. Sonradan məlum oldu ki, Emin Məmmədov ad-soyadlı bir şəxs Bakıdan gedən döyüşçülərə atəş açıb, hadisə nəticəsində 8 nəfər həlak olub. Rəhim Qazıyev isə həmin hücumdan salamat qurtarmışdı. 

Bu günədək bilinmir ki, Emin Məmmədov niyə bu əməli törədib. Bu hadisə Rəhim Qazıyevin müdafiə naziri olması üçün əla PR-a çevrildi. O, bundan az sonra Azərbaycan Müdafiə Nazirliyinin başına gətirildi...”x9d.

Bunun ardından Rəhim Qazıyev moderator.az saytına açıqlama verərək, orada “Yeni Müsavat”x9d qəzetinin kollektivini və rəhbərliyini  təhqir edib. 

Rəhim Qazıyevin bu təhqirlərinə, emosional mövqeyinə “Yeni Müsavat”x9d qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan mövqe bildirib. O, öncə R.Qazıyevi danışdıran sayta irad bildirib: “Rəhim Qazıyevi danışdıran jurnalist mütləq bizdən də mövqe almalıydı. Moderator.az saytı hər fürsətdə qəzetimizi, baş redaktorumuzu hədəfə çıxarmağı sanki özünə vəzifə bilir. Bu cür qərəzli və qeyri-peşəkar mövqe tutduqları üçün onları qınayıram”x9d. 

A.Ayxan bildirib ki, Ərdoğanın məlum video-çıxışını müşayət edən mətndə sabiq müdafiə naziri haqda ən elementar təhqir, aşağılayıcı ifadə belə yoxdur: “Mən çox təəssüf  edirəm ki, Rəhim Qazıyev yaşının bu vaxtında onun haqqında demədiyimiz tənqidə və söyləmədiyimiz ifadələrə görə bizi söyüb. O, artıq elə bir yaşdadır ki, bu cür davranışa yol verməməlidir. Bu yaşda olan adamlar ağsaqqallıq edir, qan düşmənlərini barışdırır. O isə bizimlə açıq düşmənçilik xətti tutub. Heç bir günahımız olmadığı halda ünvanımıza söyüş, təhqir səsləndirib. Rəhim Qazıyev bildirib ki, guya “Yeni Müsavat”x9d qəzeti, bu qəzetin baş redaktoru Rauf Arifoğlu onu aşağılamaq istəyir, müharibədə göstərdiyi hansısa xidməti danmaq istəyir. Əsla belə bir hal yoxdu. Ola bilər Rəhim bəy özü haqda çox yüksək fikirdədir, amma hər kəsin, hər şeyin dəyərini zaman, tarix verir. Bir də xalq”x9d.  

A.Ayxan təmsil etdiyi “Yeni Müsavat”x9d qəzeti adından bildirib ki, məlum videoya yazdıqları qeyddə R.Qazıyevin nazir olmadığı göstərilib: “Həqiqətən Şuşada R.Qazıyevə qarşı törədilən qəsd olayında o, nazir deyildi. Bunu zatən Rəhim bəy özü də etiraf edir. Bəs o zaman Rəhim Qazıyevi qızdıran, özündən çıxaran və bizi söyməyə vadar edən nədir? Bu suala ondan yaxşı cavab verən olmaz yəqin ki. Bəlkə də jurnalist onu yönəldib, həqiqət olmayan məlumatlar verərək özündən çıxarıb”x9d. 

A.Ayxan deyib ki, saytda Ərdoğanın Rəhim Qazıyevlə bağlı danışdığı hekayəni təkzib edən, yalanlayan heç nə yazmayıblar: “Biz həmin kiçik mətndə qeyd etmişik ki, hadisə 1992-ci ilin yanvarın 31-də olub. Rəhim Qazıyev isə deyir ki, hadisə fevralın 4-dən 5-ə keçən gecə törədilib. Yaxşı, biz 4 gün səhv etmişik. Ancaq bu hadisə olub axı... Bu hadisə tarixdə də var, Rəhim bəy özü də bu hadisənin baş verməsini təsdiq edir. Rəhim Qazıyev isə deyir ki, “Yeni Müsavat”x9d onun müdafiə naziri olmağımı gizlədir. Biz gizlətmirik. Bu tarixi faktdır ki, həmin hadisə baş verən zaman Rəhim Qazıyev müdafiə naziri deyildi. O olaydan az sonra nazir oldu. Əslində vəziyyəti gərginləşdirən, anlaşılmazlıq yaradan elə Rəhim Qazıyev özüdü. O, səbirlə həmin kiçik mətni oxusaydı, o zaman görərdi ki, əslində barəsində pis heç nə yoxdu”x9d. 

A.Ayxan deyib ki, Ərdoğanın Rəhim Qazıyevin papağını ayağına geyinməsi olayını “Yeni Müsavat”x9d yazsaydı, indi Allah bilir sabiq müdafiə naziri barəmizdə nələr deyirdi: “Bu adam bizə qarşı qərəzli və qəzəblidi. Səbəbini bilmirik, soruşan olsa, yəqin heç Rəhim bəy özü də bilməz ki, bizdən nə istəyir”x9d. 

Azər Ayxan jurnalistləri söyən bir adamın vaxtilə Azərbaycanı idarə edilməsində iştirakçı olduğuna təəssüfləndiyini vurğulayıb: “Normal oxucu, o mətni oxusa, görər ki, bu mətndə Rəhim Qazıyevin əleyhinə, onun şəxsiyyətini təhqir edəcək bir cümlə belə yoxdur. Əgər belə bir cümlə varsa, biz ondan da, oxucudan da üzr istəməyə hazırıq. Ancaq o, oğlu, nəvəsi yaşında olan “Yeni Müsavat”x9d qəzetinin rəhbərliyini, əməkdaşlarını küçə söyüşləri ilə təhqir edib. Onun elə bir yaşıdı ki, indi ağzı duayla açılmalıdı, amma adamın ağzından küfr tökülür, ətrafına söyüş saçır və günaha batır. “Yeni Müsavat”x9d Rəhim Qazıyevi ən ağır vaxtlarında müdafiə edib. Məhkəməsindən silsilə reportajlar vermişik, gizli yaşadığı dövrdə redaksiyaya yolladığı məktubları çap edib onun mövqeyini xalqa çatdırmışıq. Yəqin unudub bunları. Yadına saldım, yəqin azacıq düşünər, günah etdiyinin, səhvə yol verdiyinin fərqinə varar. Həyatının ən ağır günündə ona dəstək olan bir qəzeti, kollektivi haqsız yerə suçladığına görə bəlkə utanar. Amma səmimi şəkildə deyirəm, heç kimin heç kim qarşısında utanmasını istəmirəm. Xüsusilə də yaşlı insanların. Rəhim Qazıyevə də Allahdan şəfa, bir az da səbr diləyirəm. Onu etdiyi əməllərin qarşılığında yalnız Allah bağışlaya bilər...”x9d.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin