Tərtər və Ağdam istiqamətdə atəşkəs pozuldu - Gecə boyu ağır döyüşlər gedib

Hazırda oxunan: Tərtər və Ağdam istiqamətdə atəşkəs pozuldu - Gecə boyu ağır döyüşlər gedib

129713
Bir az əvvəl Tərtər və Bərdədən Moderator.az - a zəng edərək gecə səhərədək Tərtər istiqamətində cəbhə boyu ağır döyüşlərin getməsiylə bağlı xəbər veriblər. 

Tərtərin Qapanlı kəndi istiqamətindən ermənilərin hücuma keçdiyi bildirilir. Ordumuz düşmənə layiqli cavab verib. Qarşı tərəfdən xeyli tələfatın olduğu deyilir. Tərtər və Bərdədə ağır artilleriya silahlarının səslərindən yerin zəlzələ kimi titrədiyi barədə xəbərlər gəlib. Amma əhali narahat deyil və hamı düşmənin burnunun ovulacağına ümidlidir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti də cəbhədəki döyüşlərlə bağlı məlumat yayıb:
 
"Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin