Qənirə Paşayevadan narkomaniyaya qarşı növbəti çağırış...

Hazırda oxunan: Qənirə Paşayevadan narkomaniyaya qarşı növbəti çağırış...

99264
Bütün dünyada olduğu kimi bizdə də narkotik maddələrdən istifadə edənlərin sayı ilə yanaşı narkotik maddə istifadə edən şəxslər arasında cinayət və inzibati xətaların törədilməsinə meyilliyin artması da müşahidə edilir. Buna xa0qarşı ciddi mübarizə istiqamətlərindən biri kimi narkomaniyaya mübtəla olmuş şəxslərin müalicəsi, özəlliklə məcburi müalicə məsələsinə diqqətin daha da artırılması müsbət addımdır və inanırıq ki, qanunivericiliklə bu istiqamətdə dəyişikliklər müvafiq icra orqanı tərəfindən lazımi səviyyədə həyata keçiriləcək.xa0

Moderator.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib. Cinayət törətmiş və ya inzibati xəta törətmiş insanlar arasında narkotikdən istifadə halları aşkarlanarsa həmin şəxslərin cəzasını çəkməklə yanaşı narkomaniyadan xilas ola bilməsi üçün məcburi tibbi müalicələrə cəlb edilməsi ilə bağlı məsələlərin qanunvericilikdə öz həllini tapmasını dəstəkləyən və müsbət addım hesab edən millət vəkili Qənirə Paşayeva bildirib ki, təcrübələr onu göstərir ki, belə şəxslər müalicə almazlarsa və bu bəladan xilas ola bilməzlərsə, onlar cəzalarını çəkdikdən sonra təkrar cinayət və inzibati xətalar törətməyə daim meylli olurlar və potensial mənbədirlər. Ona görə də qanunvericilikdə öz əksini tapan bu məsələnin humanizm göstəricisi olduğunu vurğulayan millət vəkili Q.Paşayeva ümimiyyətlə bütün istiqamətlərdə cəmiyyətdə narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin