Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

Hazırda oxunan: Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfər edəcək

94307
 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, E.Məmmədyarov sentyabrın 10-da Qazaxıstanda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Şuranın iclasında 24 saat ərzində yayımlanacaq türkdilli ölkələrin müştərək telekanalının yaradılması məsələsi müzakirə olunacaq.
Azərbaycan xarici işlər nazirinin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Xatırladaq ki, sentyabrın 11-də Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası dövlət başçılarının sammiti keçiriləcək.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin