Son vaxtlar manatın ikinci dəfə devalvasiyasının baş verəcəyi, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin yenidən bahalaşacağı ilə bağlı xeyli sayda ekspert rəyi səslənməkdədir. Maraqlıdır, manatın növbəti dəfə məzənnədən düşməsi və yeni qiymət artımı dalğası cəmiyyətdə sosial partlayış təhlükəsini tətikləyə, xalqın açıq etirazına səbəb ola bilərmi? Ümumiyyətlə, cəmiyyətin hələ də sosial-iqtisadi yaşamın günbəgün artan ağırlığına səssizcə dözməsi nə ilə bağlıdır?
Moderator.az xəbər verir
ki, bununla bağlı "Hürriyyət" qəzetinə açıqlama verən KXCP sədri
Mirmahmud Mirəlioğlu sosial partlayışla bağlı irəli sürüln ehtimalların
reallığına inanmadığı vurğuladı. Partiya sədrinin qənaətincə, manatın yüzdəyüz
devalvasiyası belə Azərbaycan cəmiyyətini hərəkətə gətirməyə qadir deyil:
“İllər uzunudur ki, cəmiyyətdə
sosial partlayışın baş verəcəyi ilə bağlı xeyli proqnozlar verilib, lakin bu
proqnozların heç biri reallaşmayəb. Buna görə də, bu məsələyə bir qədər fərqli
yanaşmağın tərəfdarıyam. Bildiyiniz kimi, bir müddət öncə manat 33-35%
miqyasında devalvasiyaya məruz qaldı. Lakin cəmiyyət baş verənlərə cüzi də olsa
etiraz bildirmədi. Bu gün manat hətta 100% devalvasiyaya məruz qalsa belə, cəmiyyətdə
heç bir sosial partlayış olmayacaq. Azərbaycan cəmiyyəti söz verib ki, nə
olursa-olsun baş verənlərə dözəcək və öz həyatını etirazsız şəkildə davam etdirəcək.
Görünən odur ki, cəmiyyətdə artıq bu cür yaşam tərzinə bir vərdiş formalaşıb. Təsəvvür
edin ki, günün-günorta vaxtı vətəndaş öz evində yanır, onun ailə üzvləri
yanaraq həlak olur. Lakin o, bütün baş verənlərə görə səsini çıxartmır, öz
hüququnu tələb etmir. Əksinə, kimsə, hansısa partiya və ya təşkilat onun hüququ
uğurunda bir addım atanda buna ilk etiraz edən də həmin vətəndaşın özü olur. Həmin
şəxs dərhal bildirir ki, “mənim işimi siyasiləşdirməyin”x9d. Halbuki, bu şəxsin
ailə üzvləri həlak olub, həyatında faciə baş verib. Lakin buna baxmayaraq iddia
edir ki, olayı siyasiləşdirməyin. Halbuki, burada nəyisə siyasiləşdirməyə lüzum
da yoxdur. Sadəcə olaraq, vətəndaş öz haqqını tələb etməlidir. Təhlükəsiz yaşam
hüququnun pozulmasına görə etiraz etməli, günahkarların cəzalandırılmasına nail
olmalı, bu istiqamətdə mübarizə aparmalıdır. Çünki bu insanlar durduğu yerdə,
öz evlərində od tutub yanıblar. Hətta hökumətin özü az qala etiraf edir ki, bəli,
bu məsələdə yanlışlığa yol verilib, binalara təhlükəli üzlüklər çəkilib, bunu
edənlər məsuliyyətə cəlb edilməlidir və s. Ancaq əsl səsini çıxartmalı olan şəxs
dillənmir”x9d.
M.Mirəlioğlunun fikrincə,
bu gün Azərbaycan cəmiyyətinin düşdüyü vəziyyət olduqca ağır və acınacaqlıdır:
“Bu gün Azərbaycan cəmiyyəti
həqiqətən də qəribə bir vəziyyətdədir. Hansı ki, bu qəribəliyin səbəbini izah
eləmək mümkün deyil. Bəlkə biz doğru yolda deyilik, doğru yolda olan elə cəmiyyətdir?
Hesab edirəm ki, cəmiyyətin özü də bir az zəhmət çəkib fikirləşməlidir ki, o,
artan bahalığa, manatın devalvasiyasına fikir bildirmək, bununla bağlı mövqe
ortaya qoymaq istəyir, ya yox?”x9d.
Seymur Əliyev


































































































