Avropada otel alan azərbaycanlı danışdı “Oteli görəndə ağlıma ilk Kəlbəcər, Laçın, Şuşa gəldi”x9d

Hazırda oxunan: Avropada otel alan azərbaycanlı danışdı “Oteli görəndə ağlıma ilk Kəlbəcər, Laçın, Şuşa gəldi”x9d

84987
"Mən oteli görəndə ağlıma ilk olaraq Kəlbəcər, Laçın, Şuşa kimi gözəl məkanlarının təbiəti gəldi".

Avstriyada otel alan azərbaycanlı iş adamı Fərid Ahverdiyev yeni oteli haqqında danışıb.

ANS PRESS-ə açıqlamasında biznesmen 30 ildən çox Rusiyada yaşadığını və otel biznesi ilə məşğul olduğunu deyib. Lakin qonşu ölkədə iqtisadi vəziyyət pisləşdiyindən o, buradakı səhmlərini, biznesini sataraq Avstriyaya köçüb. İxtisasca hüquqşünas olan Fərid Ahverdiyev burada 3 ulduzlu otel alaraq biznesini davam etdirmək niyyətindədir.

"Biznesmen olduğum üçün, sözsüz ki, maddi maraqlarımı nəzərə alıram. Amma buradakı oteli görəndə ağlıma ilk olaraq Azərbaycanın Kəlbəcər, Laçın, Şuşa kimi gözəl məkanlarının təbiəti gəldi. "Hotel Rupertihaus" o qədər də böyük olmasa da, burada həm yay, həm də qış turizmi üçün çox əlverişli şərait var. Bundan başqa, mən burada müntəzəm olaraq mədəni layihələr də keçirmək istəyirəm", - deyən Fərid Ahverdiyev tək azərbaycanlıların deyil, avstriyalıların da Azərbaycan musiqilərini, klassik musiqisini bəyəndiyini bildirib.

"Mən Rusiya vətəndaşı olsam da, azərbaycanlıyam. Azərbaycan Dövlət Universiettində (indiki BDU) təhsil almışam. Bir dəfə burada konsert təşkil edilmişdi və Fikrət Əmirov, Qara Qarayevin əsərləri səsələndirilirdi. Fərhad Bədəlbəyli də həmin konsertdə iştirak edirdi. Tədbirdən sonra o mənə dedi ki, avstriyalılar bu musiqini hiss edir və bəyənirlər. Buna görə "Hotel Rupertihaus" otelində mən həm də müxtəlif konsertlər, mədəni tədbirlər keçirmək niyyətindəyəm. Bunun üçün Azərbaycan filarmoniyası, konservatoriya ilə danışıqlar aparırıq", - deyə azərbaycanlı iş adamı əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin