Mənim düşüncəmdə vətən yalnız ölmək üçün deyil- Qubad İbadoğlu

Hazırda oxunan: Mənim düşüncəmdə vətən yalnız ölmək üçün deyil- Qubad İbadoğlu

76862
Moderator.az xəbər verir ki, ADR sədri Qubad İbadoğlu Müsavatın ona qarşı apardığı kampaniyaya sərt etirazını bildirib:

"Müsavat Partiyasını nizamnamə pozuntuları və qrup maraqları ilə idarə edərək dalana dirəyən, onu zəiflədərək müxalif siyasi arenada nüfuzdan salan hazırkı rəhbərliyin Divanın son toplantısında mənim ABŞ-a səfərim haqqında apardığı xoşagəlməz və qərəzli söhbətlərə cavab olaraq bildirmək istəyirəm ki, ömrüm boyu xaricdə qalmaq, firəvan həyat sürmək imkanım olsa da həmişə ondan imtina etmiş, Azərbaycana qayıtmağa və mübarizəmi əqidə dostlarımla çiyin-çiyinə aparmağa üstünlük vermişəm. Bu gün də nə hakimiyyətin təzyiqlərindən çəkinmədən, nə də ki, xaricdə rahat yaşamaq imkanlarından şirniklənmədən deyə bilərəm ki, mənim amalım Azərbaycandır, mənim düşüncəmdə vətən yalnız ölmək üçün deyil, həm də yaşamaq, onun bütövlüyü və demokratikləşməsi, orda yaşayanların azad və firavan həyatı üçün mübarizə aparmaq üçün də gözəldir. Odur ki, həm Müsavatda və həm də ADR Hərəkatında təmsil olunan dostlara müraciət edərək demək istəyirəm ki, Müsavat Partiyası Divan üzvlərinin səriştəsiz siyasətlərindən diqqəti yayındırmaq üçün buraxdığı şaiyələrə inanmayın, haqq və ədalətin bərqərar olması uğrunda mübarizəmiz indi də var və onu sizlərlə birlikdə tezliklə vətəndə də davam etdirəcəyik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin