Rus rublu manatın məzənnəsinə təsir etdiyindən Mərkəzi Bank bu təsiri neytrallaşdırmaq üçün ciddi addımlar atmalıdır.
Moderator.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentin İqtisdi siyasət Komitəsinin bu gün keçirilən iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank bankların müdafiəçisi kimi çıxış edir:
“Əgər addımlar atılmasa, ölkədə yüksək dollarlaşma gedəcək. Manat hazırda neftin qiymətinə daha həssas olub. Həmçinin, rubl manata ciddi təsir göstərməyə başlayıb. Təsirin neytrallaşması istiqamətində addımlar atılmalıdır".
Ə. Məsimli həmçinin banklarda kredit faizlərinin yüksək olmasına diqqət çəkib. O deyib ki, əhalidən xeyli gəlir əldə edən banklar dollar vəsaitlərini manata çevirərək kreditləşməni davam etdirməlidir:
"Bank ziyana düşsə olar, amma sahibkarları incitmək olmaz. Banklara demək lazımdır ki, manatla ehtiyatı yoxdursa, ziyana düşsün dəyişsin, amma krediti manatla versin".
































































































