Xarici ölkə vətəndaşları da ordumuzda xidmət edə biləcək - Qərar

Hazırda oxunan: Xarici ölkə vətəndaşları da ordumuzda xidmət edə biləcək - Qərar

69561
Bundan sonra xarici ölkə vətəndaşları Azərbaycan ordusunda xidmət edə bilər.


Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bundan sonra Azərbaycan ordusunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kontrakt əsasında könüllü həqiqi hərbi xidmət keçə biləcəklər.

Moderator.az xəbər verir ki, Nazirlər Kabinetinin 02.02. 2015-ci il 21 saylı qərarına əsasən Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasını təsdiq edib.

Bu Qayda Azərbaycan Respublikasınınxa0Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasınınqanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasınınxa0vətəndaşlarına,həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qaydaya əsasən Azərbaycanın Silahlı Qüvvələrində və ya ölkənin qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasınınxa0vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.xa0
Bunun üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən - şəxsiyyəti təsdiq edən sənəd; ərizə və ya raport; təhsil haqqında sənədin surəti; 4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm ölçüdə) tələb olunur. Həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər - 3 ilədək müqavilə imzalanır. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır.

Bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasınınxa0hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi xidmətdən istefaya buraxılırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin