Azərbaycan vətəndaşlığını qəbul edən hər bir gənc vətəndaşlıq andı içəcək - YENİLİK

Hazırda oxunan: Azərbaycan vətəndaşlığını qəbul edən hər bir gənc vətəndaşlıq andı içəcək - YENİLİK

65994
14 yaşına çatmış və Azərbaycan vətəndaşlığını qəbul edən hər bir gənc vətəndaşlıq andı içəcək

Moderator.az xəbər verir ki, bu qayda “Azərbaycan Respublikası vətəndaşlığı haqqında”x9d qanuna ediləcək dəyişiklikdən sonra qüvvəyə minəcək.

Belə ki, qanunun 15.1 maddəsinə  nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya  Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:
"Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm.".
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.".
Bu məsələ parlamentin sabah keçrilicək plenar iclasında müzakirə olunaraq qəbul olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin